-
- 28-09-2022, 23:07
- 310
İstanbul boğazında hərəkət bərpa olundu - YENİLƏNDİ
İstanbul Boğazı gəmilərin hərəkəti üçün yerli vaxtla saat 20:00-dan etibarən cənub-şimal istiqamətində yenidən açılıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Təhlükəsizlik Baş İdarəsindən bildirilib.
**
Saat 19:32
İstanbul boğazında Panama bayrağı altında üzən gəminin mühərrikində yaranan nasazlıq səbəbindən gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
News24.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Sahil Təhlükəsizlik Baş İdarəsindən açıqlama verilib.
Bildirilib ki, İstanbulun Tuzla bölgəsindən Rusiyaya doğru hərəkət edən 190 metr uzunluğunda olan gəminin mühərrikində nasazlıq yaranıb. Hadisə şəhərin Üsküdar sahillərinə yaxın bölgədə meydana gəlib. “VIVA ECLIPSE“ adlı bu gəminin dayandırılması üçün bölgəyə xilasetmə gəmiləri göndərilib.