Müdafiə Nazirliyi Səbuhinin qardaşına "şəhid ailəsi" arayışı verdi - FOTO
    • 29-09-2022, 13:33
    • 1 251

Müdafiə Nazirliyi Səbuhinin qardaşına "şəhid ailəsi" arayışı verdi - FOTO

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova "şəhid ailəsi" statusu alması ilə bağlı arayış verilib.

News24.az bildirir ki, bu barədə Manset.az-a Sənan Əhmədov məlumat verib. Arayış Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilib.

Qeyd edək ki, Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən Manset.az-a müsahibəsində onun şəhid ailəsi statusunun olmadığını bildirmişdi.