Bakıda küçədə qeyri-etik sözlər işlədənlərə irad tutan sakin bıçaqlanıb
    • 30-09-2022, 07:00
    • 290

Bakıda küçədə qeyri-etik sözlər işlədənlərə irad tutan sakin bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəılüdlü Məmiyev Elçin Məmi oğlu yaşadığı evin yerləşdiyi küçədə naməlum şəxslərə işlətdikləri qeyri-etik ifadəyə görə irad tutub.
Bundan hiddətlənən naməlum şəxslərdən biri E.Məmiyevə bir neçə bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını Binəqədi Rayon Polis İdarəsinin 6-ci bölməsinin əməkdaşları aparır.