Bakıda keçirilən NATO kursu başa çatıb - FOTO
    • 30-09-2022, 10:07
    • 160

Bakıda keçirilən NATO kursu başa çatıb - FOTO

NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.

Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.

Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.