Pensiyaçılar arasında keçiriləcək həvəskar şahmatçıların “Zəfər turniri”nə qeydiyyat davam edir
    • 30-09-2022, 13:13
    • 181

Pensiyaçılar arasında keçiriləcək həvəskar şahmatçıların “Zəfər turniri”nə qeydiyyat davam edir

Pensiyaçılar arasında keçiriləcək həvəskar şahmatçıların “Zəfər turniri”nə qeydiyyat davam edir.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən News24.az-a bildirilib ki, turnirdə iştirak etmək istəyən pensiyaçılar 142 - "Çağrı Mərkəzi"nə zəng edib şəxsi məlumatlarını təqdim edərək, bu məlumatları Dövlət Sosial Müdafiə Fondunun rəsmi sosial şəbəkə hesablarına göndərərək, eləcə də fondun regional filiallarına və qəbul mərkəzlərinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş şəxslər arasında ilkin seçim mərhələsi olacaq. "Zəfər turniri"ndə yalnız bu mərhələdən uğurla keçmiş pensiyaçılar iştirak edə biləcəklər. Məlumat üçün deyək ki, turnir yaşa görə pensiyaya çıxan pensiyaçılar arasında keçiriləcək.

Qeydiyyat oktyabr ayının 19-dək davam edəcək.