-
- 30-09-2022, 18:07
- 436
Reyesterə düşməyənlər jurnalistika ilə məşğul ola bilməyəcək? - Açıqlama
Sentyabrın 26-da Prezident İlham Əliyevin Fərmanı ilə “Media Reyestrinin aparılması Qaydaları” təsdiq olunub. Açıqlanan şərtlərdə hansı hallarda reyesterə müraciət edən jurnalistlərin rədd cavabı alacağı qeyd olunub. Bəs reyesterə düşə bilməyən jurnalistlərin aqibəti necə olacaq? Media qurumu reyesterə daxil edilmədikdə fəaliyyətini davam etdirə biləcəkmi?
Məsələ ilə bağlı Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva News24.az-a açıqlamasında bildirib ki, həmin tələblər jurnalistika ilə məşğul olmaq deyil, Reyestrə daxil edilmək üçün tələblərdir:
"Reyesterə daxil olmaq üçün qoyulan tələblərə uyğun olmayan jurnalist yenə də öz fəaliyyətini davam etdirə bilər. Bunun üçün hər hansı məhdudiyyət yoxdur. Tələblərə cavab verməyən jurnalist yalnız Reyesterə daxil edilməyəcək. Yəni ali təhsili olmadan da jurnalistika fəaliyyəti ilə məşğul olsalar, jurnalist sayılacaqlar, istər əmək müqaviləsi ilə, istərsə də fərdi qaydada istənilən redaksiyada çalışa biləcəklər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq Reyestrə daxil olmaq üçün ali təhsil tələb olunur ki, burada da məhz jurnalistika təhsili nəzərdə tutulmur, digər ixtisasları bitirən şəxslər də jurnalistika fəaliyyəti ilə məşğuldursa, qanundan irəli gələn tələblərə cavab verirlərsə, Reyestrə müraciət edə bilərlər".
Qumral Əliyeva