ABŞ Ukraynaya yeni yardım paketini açıqlayacaq
    • 1-10-2022, 01:14
    • 297

ABŞ Ukraynaya yeni yardım paketini açıqlayacaq

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayırır.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

O bildirib ki, ABŞ gələn həftə Ukraynaya yeni təhlükəsizlik yardım paketini açıqlayacaq.

Sullivan vurğulayıb ki, ABŞ heç vaxt Ukrayna torpaqlarında Rusiya tərəfindən keçirilən "saxta referendumları" və qeyri-qanuni ilhaqı tanımayacaq.