-
- 4-10-2022, 10:03
- 361
BŞTİ şagirdlərin uyğunsuz davranışı ilə bağlı AÇIQLAMA YAYDI
Bakı şəhəri 112 nömrəli tam orta məktəbdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib.
News24.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır:"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür".