112 nömrəli məktəbdən şagirdlərin uyğunsuz davranışı ilə bağlı AÇIQLAMA
    • 4-10-2022, 10:26
    • 579

112 nömrəli məktəbdən şagirdlərin uyğunsuz davranışı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi paytaxtda yerləşən məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı qeydə alınıb.

Bu barədə News24.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib:" Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar  səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiqistiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".