Milinkovic-Saviç “Latsio”dan ayrılacaq
    • 5-10-2022, 00:34
    • 199

Milinkovic-Saviç “Latsio”dan ayrılacaq

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçlə İtaliya çempionatının digər top-klubları yaxından maraqlanır.

News24.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Xəbərdə bildirilir ki, yay transfer pəncərəsi zamanı 27 yaşlı futbolçu İngiltərə Premyer Liqasında çıxış edən klublardan birinə keçmək istəyib. Amma bu keçid baş tutmayıb. İndi Milinkovic-Saviç özünü sübut etmək üçün Qətərdə bu il keçiriləcək dünya çempionatından yararlanmaq və 2015-ci ilin avqustundan çıxış etdiyi “Latsio”dan ayrılmaq istəyir.

Serbiyalı yarımmüdafiəçi bu mövsüm A Seriyasında və Avropa Liqasında 10 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.