Bakıda şok olay: sərxoş halda olan aktyorun 4000 manatı oğurlandı
    • 5-10-2022, 12:06
    • 282

Bakıda şok olay: sərxoş halda olan aktyorun 4000 manatı oğurlandı

Bakıda sərxoş halda olan aktyorun cibindən 4 min manat pulunu oğurlayan taksi sürücüsü tutulub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə ay əvvəl baş verib. Bakı Dövlət Sirkinin aktyoru Elton Səmədov (ad və soyad şərtidir-red) polisə müraciət edərək bildirib ki, cibindən 4 min manat oğrurlanıb. O, hadisə baş verərkən sərxoş halda olduğunu, həmin gün "Nərimanov" metrosu yaxınlığında kafedə yeyib-içdiyini, sonra taksi sürücüsü olan tanışını çağırdığını və onun maşını ilə Masazıra otelə gedərək qadınla görüşdüyünü bildirib. Araşdırmalar nəticəsində oğurluğun elə taksi sürücüsü olan Şəmkir rayon İrmaşlı kənd sakini, 1979-cu il təvəllüdlü Natiq Xəlilov tərəfindən törədildiyi məlum olub.

Belə ki, hadisə baş verən gün Natiq Eltonun çağırışı ilə "Nərimanov" metrosunun yaxınlığındakı kafeyə gəlib. O da müştəri ilə yemək yeyib və daha sonra Eltonu idarə etdiyi “Opel” markalı avtomobillə Masazıra aparıb. Kafedə Eltonun cibində xeyli pul olduğunu görən şəxs yolda həmin pulları oğurlayıb.

Məhkəmədə Natiq Xəlilov oğurladığı pulun 2500 manatını geri qaytardığını bildirib. Həmçinin Bakı Dövlət Sirkinin aktyoru olan zərərçəkmiş şəxs artıq onunla barışdığını bildirib.

Abşeron rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü ilə oğurluqda ittiham edilən şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.