AFFA Canni De Byazinin maaşını artırdı - MƏBLƏĞ
    • 5-10-2022, 12:13
    • 465

AFFA Canni De Byazinin maaşını artırdı - MƏBLƏĞ

AFFA-nın İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verdi. İK italiyalı mütəxəssislə müqavilə yenilədi və onun daha bir seçmə mərhələdə millimizin baş məşqçisi vəzifəsini icra edəcəyi dəqiqləşdi.  

News24.az xəbər verir ki, Millətlər Liqasının son 3 matçında seçməyə qələbə qazandıran De Byazinin maaşı da artırılacaq.

Daha öncə illik təxminən 350 min avro əməkhaqqı alan çalışdırıcının yeni məvacibi 500 min avro təşkil edəcək./Fanat.Az/