Reper hamilə arvadı ilə danışanda GÜLLƏLƏNDİ
    • 6-10-2022, 15:18
    • 329

Reper hamilə arvadı ilə danışanda GÜLLƏLƏNDİ

Amerikalı reper Half Ounce (əsl adı Lataurişa O'Brayen) gəzinti zamanı güllələnib.

News24.az "Lent.az"-a istinadla xəbər verir ki, faciə 32 yaşlı ifaçı dostu ilə küçədə olarkən və hamilə arvadı ilə telefonla danışarkən  baş verib. Naməlum kişi qara furqonlu maşınla onların yanına gələrək sənətçiyə 30-a qədər atəş açıb.

Telefonda silah səslərini eşidən həyat yoldaşı cinayət yerinə gəlib və həkimlər reperin başından aldığı yaradan öldüyünü bildiriblər. Məlumata görə, sənətçinin dördüncü övladına hamilə olan həyat yoldaşı onunla iki oğul və bir qız böyüdürdü.

Hücum edən şəxs qaçıb, polis hazırda onu axtarır.