Ermənistan xəritədən SİLİNƏ BİLƏR – Politoloqdan SENSASİON AÇIQLAMA
    • 6-10-2022, 15:44
    • 594

Ermənistan xəritədən SİLİNƏ BİLƏR – Politoloqdan SENSASİON AÇIQLAMA

Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. 

Bəs, bu görüşdən nələr gözlənilir? 

News24.az-ın əməkdaşı məsələ ilə bağlı politoloq Natiq Miri ilə hömsöhbət olub. 


O bildirib ki, bu görüşdən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə Ermənistanın cavabındakı səmimiyyətin hansı dərəcədə olduğunu anlaya bilərik: “Artıq Türkiyə və Azərbaycan qardaş dövlət kimi bütün siyasi məsələləri koordinasiyalı şəkildə həyata keçirir. Türkiyə prezidenti Ermənistanın baş nazirinə bəzi gerçəkləri izah edəcək. Ermənistanın ard-arda aldığı ciddi zərbələr var. Buna baxmayaraq, onlar hələ də müəyyən xülyalarla yaşamağa davam edirlər. Onlar bəzi gerçəkləri gözardı edərək, havadarlarının verdikləri vədlərə inanırlar. Türkiyə prezidenti Paşinyana sülh müqaviləsi bağlanmadığı təqdirdə regionda sabitliyin pozulacağını və bu kontektsdə növbəti dəfə əzilən tərəfin Ermənistan olacağını bildirəcək”. 


N.Miri əlavə edib ki, sülhün alternativi müharibə olduğu təqdirdə heç bir dövlətin əsgərləri Ermənistan ərazisində Azərbaycana qarşı döyüşməyəcək, bu nüans da Paşinyanın diqqətinə çatdırılacaq: “Bu da o deməkdir ki, yeni dünya düzəninin formalaşdığı bir dövrdə Ermənistan dövlətinin bütövlükdə yoxa çıxma təhlükəsi mövcuddur. Ermənistan onsuz da kökü olmayan bir dövlətdir. Ermənistan Azərbaycan torpaqları üzərində qurulub. Bütün dünyada sərhədlərin yenidən müəyyənləşdirilməsi prosesi gedərkən Azərbaycan özünün keçmiş sərhədlərini yenidən bərpa edə və öz dövlətini bütövləşdirə bilər. Buna çox böyük imkanlar var. İranda çox böyük daxili təlatümlər mövcuddur. Çox güman ki, türkiyə və Azərbaycan hansısa məqamda bu məsələyə etinasız qalmayacaq. Ermənistanın baş nazirinə bildiriləcək ki, Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini Ermənistan tutmağı bacararsa, regionda sülh bərpa olacaq. Beləliklə, Ermənistan iqtisadi yöndə inkişaf edəcək. Azərbaycan və Türkiyə vasitəsi ilə Ermənistan Qərb dünyasına və dənizlərə çıxış əldə edə bilər. Bütün bunlar Ermənistan Baş naziri üçün düşündürücü amildir. Praqa danışıqları onlar üçün son şansdır”.