Qubada narkotik alverçisi saxlanıldı
    • 7-10-2022, 10:04
    • 184

Qubada narkotik alverçisi saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakini Səməd Pərvini saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də S.Pərvininin barəsində cinayət işi başlanılıb.