Krım körpüsündə partladılan yük maşını hadisədən əvvəl - VİDEO
    • 8-10-2022, 14:00
    • 333

Krım körpüsündə partladılan yük maşını hadisədən əvvəl - VİDEO

Krım körpüsündə partladıldığı ehtimal olunan yük maşınının hadisədən əvvəlki görüntüləri yayılıb.

Mash Teleqram kanalına istinadən xəbər verir ki, görüntülərdə həmin yük maşınının Rusiyanın Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin postundan keçməsi əks olunub.

Polislər avtomobilin qoşqusuna baxsalar da, orada şübhəli heç nə görməyiblər. Kamera qeydlərindən isə bir neçə dəqiqədən sonra həmin yük maşınının körpünün üstündə  partladıldığı aydın olur.