Bakı-Qazax yolundakı dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
    • 24-02-2022, 11:20
    • 1 889

Bakı-Qazax yolundakı dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.

News24.az-ın məlumatına görə, bir neçə gün əvvəl baş vermiş qəzanın sürətli yolda hərəkət edən "Mercedes E Class" markalı avtomobilin qarşısına qəfil şəkildə "Shacman" markalı yük maşınının çıxması səbəb olub.

Görüntülərdən aydın olur ki, yük maşını heç bir xəbərdarlıq edici işarə olmadan əks yola çıxaraq dönür, bu zaman sürətlə gələn minik maşını ona çırpılıb.

Hadisə nəticəsində minik maşını tam yararsız hala düşüb, bir neçə nəfər xəsarət alıb.