Sutka ərzində 3 nəfəri avtomobil vurub öldürdü
    • 11-10-2022, 10:24
    • 216

Sutka ərzində 3 nəfəri avtomobil vurub öldürdü

Oktyabrın 11-də saat 1 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Sumqayıt şəhər sakini E.Söyzalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 


Oktyabrın 10-da saat 17 radələrində Sabunçu rayonunun Kürdaxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini İ.Əhmədova idarə etdiyi “Chevrolet” markalı avtomobillə Kəlbəcər rayon sakini Fəxri Umudovun idarə etdiyi “Mitsubishi” markalı avtomobili vurub. Nəticədə F.Umudov hadisə yerində ölüb. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 


Oktyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini T.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.