Jurnalist vəsiqəsinin verilməsinə görə ödənişin məbləği açıqlandı
    • 11-10-2022, 14:53
    • 227

Jurnalist vəsiqəsinin verilməsinə görə ödənişin məbləği açıqlandı

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 (iyirmi) manat təşkil edəcək.

News24.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Sənəddə qeyd edilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına
formalaşdırılacaq.