Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
    • 21-04-2022, 19:51
    • 401

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Xudat şəhəri ərazisində Arzu kənd sakini E.Axverdiyev idarə etdiyi “İsuzu" markalı avtomobillə yolu keçən şəhər sakini Dilşad Əhmədovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölub. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.  /Apa.az/