-
- 12-10-2022, 00:53
- 322
Böyük Britaniya iqtisadiyyatı 1 faiz kiçiləcək
Beynəlxalq kredit reytinqi agentliyi “Fitch” Böyük Britaniya iqtisadiyyatının gələn il 1 faiz kiçiləcəyini proqnozlaşdırıb.
“Fitch Ratings” Böyük Britaniyanın iqtisadi proqnozu ilə bağlı hesabat yayıb.
Agentlik İngiltərə Bankının faiz dərəcələrini gözləniləndən daha sürətli artırması və maliyyə bazarlarındakı qeyri-sabitlik səbəbindən Böyük Britaniyanın daha dərin resessiyaya girə biləcəyi barədə xəbərdarlıq edib. Hesabatda faiz dərəcələrindəki sürətli artım, enerji böhranının təsiri və Avrozonadakı daralma ilə ölkənin 2022-ci ilin 4-cü rübündən etibarən tənəzzülə girəcəyi proqnozlaşdırılıb.
Digər tərəfdən “Fitch” keçən həftə Böyük Britaniyanın kredit reytinqini “AA-“ olaraq təsdiqləmiş və kredit reytinqinin proqnozunu stabildən neqativə dəyişdirmişdi./Azərtac/