MDB Baş qərargah rəislərinin nümayəndələri Şəhidlər xiyabanında - FOTO
    • 12-10-2022, 11:11
    • 181

MDB Baş qərargah rəislərinin nümayəndələri Şəhidlər xiyabanında - FOTO

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.