Bakıda MDB-nin Qərargah Rəisləri Komitəsinin iclası keçirilir - YENİLƏNİB
    • 12-10-2022, 13:52
    • 307

Bakıda MDB-nin Qərargah Rəisləri Komitəsinin iclası keçirilir - YENİLƏNİB

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Viktor Qulyeviç, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov, Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Erlis Terdikbayev, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor ŞuxratXalmuxamedov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovvə Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Rüstəm Cumayev iştirak ediblər.

İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev giriş sözü ilə çıxış edib.

Tədbirdə hərbi əməkdaşlığın cari il üzrə yekun nəticələri, növbəti il üçün inkişaf perspektivləri, həmçinin sülhün və təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

İclasın sonunda yekun protokollar imzalanıb, MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının 2023-cü ildə Rusiya Federasiyasında keçirilməsi haqqında qərar qəbul edilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyev iclasda yekun nitqlə çıxış edib.

11:38

***



Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası bu gün Bakıda öz işinə başlayıb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.