-
- 12-10-2022, 21:11
- 264
Krımdakı partlayışın Gürcüstanla heç bir əlaqəsi yoxdur - RƏSMİ
Gürcüstan sərhədindən keçən tranzit və ya qeyri-tranzit yüklərin hamısı sərhəd-gömrük nəzarətindən keçirilir. Krım körpüsündə partlayan yük maşını Gürcüstan sərhədindən keçib, lakin avtomobildə heç bir şübhəli yük aşkar olunmayıb.
News24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze söyləyib.
Onun sözlərinə görə, Krım körpüsündə partlayan avtomobillə Gürcüstanın heç bir əlaqəsi yoxdur.
“Gürcüstan sərhəd-keçid məntəqələrində bütün yük və minik avtomobillərinə ciddi nəzarət olunur. Həmin yük avtomobilində də şübhəli heç bir yük müəyyən olunmayıb”, - deyə Aleksandr Daraxvelidze vurğulayıb.
Lakin nazir müavini həmin hadisədə Gürcüstan vətəndaşlarının iştirakı ilə bağlı iddialar barədə açıqlama verməyib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsünün partladılmasında əli olan şəxslərin adlarını açıqlayıb. Eyni zamanda, partlayıcı dolu yükün Gürcüstan ərazisindən də keçdiyini bildirib.
Qeyd edək ki, yük avtomobilinin Gürcüstan sərhəd-keçid məntəqəsindən keçməsi və partlayışda iki Gürcüstan vətəndaşının adının hallanmasına dair Rusiya tərəfinin yaydığı məlumat Gürcüstanda ciddi narahatlıq yaradıb.