Məşhur klub erməni baş məşqçini qovdu
    • 12-10-2022, 23:54
    • 215

Məşhur klub erməni baş məşqçini qovdu

Fransanın “Brest” klubunda baş məşqçi istefası gerçəkləşib.

Liqa 1 təmsilçisi Mişel Ter-Zakaryanla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Erməni mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. "Brest" Fransa çempionatında 10 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Mişel Ter-Zakaryan 2021-ci ilin iyun ayından "Brest"in baş məşqçisi idi./Sportline.az/