-
- 13-10-2022, 13:07
- 265
Əgər bütün səlahiyyətlər Elm və Təhsil Nazirliyində olsa...
"Əgər biz bütün gücü mərkəzdə toplasaq, bütün səlahiyyətlər Elm və Təhsil Nazirliyində olsa, digər qurumlar sadəcə inzibatçı olacaq.
Onlarda liderlik ruhu, yeni fikirlər formalaşmayacaq. Sözügedən qurumlar yalnız yuxarıdan deyilənləri yerinə yetirən vasitəçilər olacaq. Amma biz onlara etibar edəcək vəziyyətə gəldikdə, mütləq onları gücləndirəcək səlahiyyətlər verməliyik".
Bu sözləri News24.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib. O bildirib ki, bir sahə üzrə birdən çox qurumun olması, yaxud da az olmasının keyfiyyət baxımından heç bir fərqi yoxdur:"Qurum çox olsa, təhsil keyfiyyəti azalır, sayını azaltdıqda keyfiyyət artacaq deyə bir şey yoxdur. İstər Bakı Şəhər Təhsil İdarəsi, Təhsil İnstitutu, istərsə də Regional Təhsil İdarələri-Azərbaycanda təhsil sahəsi üzrə olan bütün qurumlar Elm və Təhsil Nazirliyinə tabedir. Yekun sözü nazirlik deyir. Təkcə DİM-in xüsusi statusu var və onlar bir çox məsələdə nazirliklə mübahisəyə gedirlər. Bu Misir Mərdanovun dövründən bəri belədir".
Ekspert əlavə edib ki, bir sahə üzrə birdən çox qurumun olması inkişaf etmiş ölkələrin təcrübəsində də mövcuddur:" İnkişaf etmiş ölkələr baxsaq görərik ki, onlar gücü mərkəzdə toplamır. Ayrı-ayrı qurumlara parçalayır. Belə olan halda işçilərin işə bağlılığı artır, çünki artıq onlar müstəqil qərar verə bilir. Amma hal-hazırda qurumlara səlahiyyət verəndə onlar bundan edirlər. Bunu tənzimləmək üçün də müxtəlif qurumlar var. Əlbəttə ki, Elm və Təhsil Nazirliyi həm təhsil məsələləri, həm də rüşvəti üzə çıxarma, cinayəti araşdırma ilə məşğul ola bilməz".