Bakıda gecə 1-də insident – 3 nəfər tutuldu
    • 13-10-2022, 15:07
    • 273

Bakıda gecə 1-də insident – 3 nəfər tutuldu

Ötən gecə saat 01:00 radələrində Bakı şəhər Səbail rayonu Puşkin küçəsində insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Puşkin küçəsində yerləşən “Mamajan” restoranının qarşısında bir qrup şəxs yüksək səslə səs-küy salaraq dava-dalaş yaradıb.

Əraziyə gələn polis əməkdaşları xuliqanlıq edən 3 nəfəri saxlayaraq ərazi üzrə 39-cu Polis bölməsinə aparıb. Onların sərxoş halda olmaları məlum olub.

3 nəfər daha sonra Səbail rayon məhkəməsinə göndərilib. məhkəmənin qərarı ilə onlardan ikisinə 8 sutka inzibati həbs cəzası verilib. Bir nəfər isə 150 manat cərimə edilərək sərbəst buraxılıb.