Bakıda faciəvi şəkildə ölən qız tələbə imiş - FOTO
    • 13-10-2022, 17:13
    • 180

Bakıda faciəvi şəkildə ölən qız tələbə imiş - FOTO

İki gün öncə paytaxtın Nərimanov rayonunda binanın 8-ci mərtəbəsindən yerə yıxılıb dünyasını dəyişən Heydərova Fidan Rüfət qızının tələbə olduğu məlum olub.

News24.az "unikal.az"-a istinadən xəbər verir ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsidir.

Qeyd edək ki, Fidan Heydərova əslən Masallı rayonundandır. Atası Rüfət Heydərov isə Masallı rayon Qodman kənd tam orta məktəbinin müəllimidir.

F. Heydərova Bakıda kirayə yaşayırmış. Onun intihar etdiyi ehtimal olunur.