Media Reyestri fəaliyyətə başladı - VİDEO
    • 14-10-2022, 17:12
    • 214

Media Reyestri fəaliyyətə başladı - VİDEO

Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb.

News24.az-ın məlumatına görə, media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən "ASAN Login" vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.

Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin "Tez-tez verilən suallar" bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.

Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla tanış ola bilərsiniz.