DİN: Bakı-Qazax avtomagistralında hərəkət tənzimlənir
    • 15-10-2022, 10:33
    • 180

DİN: Bakı-Qazax avtomagistralında hərəkət tənzimlənir

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin News24.az-a verdiyi məlumata görə, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.