Sahibə Qafarova Türkiyəyə başsağlığı verib
    • 15-10-2022, 11:47
    • 292

Sahibə Qafarova Türkiyəyə başsağlığı verib

Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Türkiyəyə başsağlığı verib.

News24.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərindəki mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Partlayışda yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalmış insanların xilas olmasını arzulayırıq! Başın sağ olsun, Türkiyə”, - paylaşımda bildirilib.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.