"Kurtlar vadisi"nin daha bir aktyoru vəfat etdi - FOTO
    • 17-10-2022, 10:27
    • 333

"Kurtlar vadisi"nin daha bir aktyoru vəfat etdi - FOTO

Türkiyəli məşhur aktyor Demiray Erül 84 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mediasi məlumat verib.

Mərhumun cənazəsi bu gün Bodrum Ortakent Kerem Aydınlar məscidinə aparılacaq. Demiray Bodrum Ortakent məzarlığında torpağa tapşırılacaq. 

Qeyd edək ki, aktyor "Kurtlar vadisi", "Arka sokaklar", "Cennet mahellesi" kimi reytinqli layihəlrədən maraqlı və yadda qalan obrazlar yaradıb.