Fatmayı qəsəbəsində xuliqanlıq edən şəxs SAXLANILDI
    • 17-10-2022, 12:03
    • 166

Fatmayı qəsəbəsində xuliqanlıq edən şəxs SAXLANILDI

Abşeron Rayon Polis İdarəsinə Fatmayı qəsəbəsi ərazisində qəsəbə sakini E.Hüseynovun xuliqanlıq zəminində silahla hədələnməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Laçın rayon sakini Əlövsət Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Həmin şəxsdən qeydiyyatda olan “Escort” markalı vinçester silahı və beş ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.