İsa Rüstəmov 3 qızıl medalla Avropa birinciliyinin qalibi oldu
    • 18-10-2022, 21:36
    • 295

İsa Rüstəmov 3 qızıl medalla Avropa birinciliyinin qalibi oldu

15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

News24.az xəbər verir ki, onlardan daha biri, “Qartal” Ağır Atletika Klubunun təmsilçisi İsa Rüstəmov da körpücük üzərinə çıxıb.

O, yaşı 23-ə qədər olan idmançılar arasında 67 kq çəki dərəcəsində yarışıb.

İdmançımız birdən qaldırma hərəkətində 131 kq çəkini qaldıraraq rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal əldə edib.

O, təkanla qaldırma hərəkətində 162 kq-ı ram edərək bu hərəkətdə də qızıl medala sahib çıxıb.

Toplam 293 kq (131+162) nəticə göstərən İsa Rüstəmov yekun sıralamada da hamıdan güclü olub və qızıl medal qazanıb!