Azərbaycanda dərs vaxtı ölən şagirdin FOTOSU
    • 19-10-2022, 11:52
    • 205

Azərbaycanda dərs vaxtı ölən şagirdin FOTOSU

Dünən Oğuzda 11-ci sinif şagirdinin dərs zamanı ölməsi barədə məlumat vermişdik.

News24.az-ın məlumatına görə, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizova məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürək tutmasıdır.

Qəfil vəfat edən şagirdin fotosunu təqdim edirik.