-
- 19-10-2022, 21:10
- 252
Britaniyanın daxili işlər naziri istefa verib
Britaniyanın daxili işlər naziri Suella Braverman hökumətin iqtisadi siyasəti ilə razılaşmaması səbəbindən istefa verib.
News24.az xəbər verir ki, bu barədə The Guardian qəzeti Nazirlər Kabinetinə istinadla məlumat yayıb.
Suella Braverman Baş nazir Elizabet Trassı gəlir vergisinin maksimal dərəcəsinin 45 faizdən 40 faizə endirmək qərarından imtina etdiyinə görə açıq tənqid edib. Qəzet yazır ki, Braverman və Mühafizəkar partiyanın bir sıra digər üzvləri əvvəllər elan edilmiş miqyaslı vergi islahatları proqramının tamamilə dayandırılmasından məyus olublar.
Böyük Britaniya Daxili İşlər Nazirliyi rəhbərinin özü isə şəxsi elektron poçtundan xidməti məqsədlər üçün istifadə etdiyinə görə istefa verdiyini bildirib.
Bu, sentyabrın əvvəlində formalaşdırılmış Trass hökumətində artıq ikinci nazir istefasıdır. Oktyabrın 14-də maliyyə naziri vəzifəsində cəmi 38 gün işləmiş Kvazi Kvartenq Baş nazir tərəfindən istefaya göndərilib. Braverman isə DİN-in rəhbəri postunda bir qədər çox - 43 gün davam gətirib.