Conson Britaniya hökumətində dəyişikliklər edib
    • 14-02-2020, 01:39
    • 1 096

Conson Britaniya hökumətində dəyişikliklər edib

Böyük Britaniyanın baş naziri Boris Conson ölkə hökumətində dəyişikliklər edib.

News24.az xəbər verir ki, B.Consonun "Brexit"dən sonra etdiyi ilk dəyişikliklərdə maliyyə naziri Sacid Cavid və baş prokuror Ceffri Koks öz vəzifələrini tərk ediblər.

Yeni maliyyə naziri daha əvvəl nazir müavini vəzifəsini icra edən Rişi Sunak, yeni baş prokuror isə Suella Breyverman təyin ediliblər.

XİN rəhbəri Dominik Raab, daxili işlər naziri Priti Patel və müdafiə naziri Ben Uolles öz vəzifələrində qalıblar.