-
- 19-10-2022, 12:03
- 366
Azərbaycan ombudsmanı iki əməkdaşlıq memorandumu imzalayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilliyi (Ombudsman) İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası və Mərakeşin Ombudsman Aparatı ilə əməkdaşlıq memorandumu imzalayıb.
News24.az -ın xəbərinə görə, memorandumlar bu gün Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilən “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı çərçivəsində imzalanıb.
Memorandumlara Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Hacı Ali Açıkgül, Mərakeşin Ombudsmanı Mohamed Benalilou imza atıb.