Ronaldo əsas komandadan qovuldu
    • 21-10-2022, 13:18
    • 242

Ronaldo əsas komandadan qovuldu

İngiltərənin “Mançester Yunayted” klubu məşhur hücumçu Kristiano Ronaldonu əsas heyətdən kənarlaşdırıb.

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu Premyer Liqanın 13-cü turunda “Çelsi” ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.

Məlumata görə, portuqaliyalı hücumçu intizamsız davranışlara yol verib. 

Qeyd edək ki, Ronaldo Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişində meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən məşqçilər korpusu ulduz futbolçunu cəzalandırmağa qərar veriblər./Modern.az/