Məhkəmə Gülşenlə bağlı qərar verdi
    • 21-10-2022, 14:35
    • 217

Məhkəmə Gülşenlə bağlı qərar verdi

Müğənni Gülşenin məhkəməsi yekunlaşıb.

News24.az "Olay"-a istinadən xəbər verir ki, hakimin qərarına əsasən, ifaçı hər həftə polis bölməsinə gedib sənəd imzalamayacaq.

Lakin müğənninin ölkə xaricinə çıxış qadağası hələ də qüvvvədədir. Onun növbəti məhkəməsi isə 21 dekabrda baş tutacaq.

Qeyd edək ki, Gülşen İmam Hatip liseyi ilə bağlı zarafatına görə həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılmışdı.