-
- 22-10-2022, 10:04
- 318
Yeni doğulan uşağın ölümünə həkimlər səbəb olub - RƏSMİ
Qazaxda doğum vaxtı körpənin səhlənkarlıqdan ölməsi ilə bağlı cinayət işi başlanıb.
Rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, Qazax rayon sakini Könül Şabanovanın 19 iyun 2022-ci il tarixdə “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməmiş, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməmiş, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməmişdir. Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməmiş və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.