-
- 20-07-2018, 13:06
- 1 335
Sara Vinçester - Ruhları evə həbs edən qadın - VİDEO
Vinçesterlərin evi San-Xose şəhərinin Vinçester bulvarında yerləşən 525 nömrəli evdir. Kaliforniyaya qonaq gələn hər kəs bu evi mütləq ziyarət etmək istəyir.
Tikili 160 otaq, 40 pilləkən, 2000 qapı, 10000 pəncərə, 6 mətbəx, 47 kamin peçdən ibarətdir. İmarətin pilləkənləri və bəzi otaqlardakı pəncələrin sayı isə 13-ə bərabərdir.
Ev 1884-cü ildə əfsanəvi silahın ixtiraçısı Uilyam Vinçesterin gəlini, Oliver Vinçesterin isə həyat yoldaşı Sara Vinçester tərəfindən satın alınıb.
Doğulduqdan qısa zaman sonar qızını itirən S.Vinçesterin bir müddət sonar həyat yoldaşı da dünyasını dəyişib.
Baş verən ağır hadisələrdən sonar ekstrasens qəbuluna gedən xanım Vinçester həyat yoldaşının ruhu ilə ünsiyyət qurmaq qərarına gəlib.
O. Vinçesterin ruhu həyat yoldaşına baş verən hadisələri səbəbini açıqlayıb. O, yaşanan dəhşətlərin atasının ixtira etdiyi silaha görə olduğunu deyib. “Vinçester” markalı silahla qətlə yetirilənlərin ruhu qisas almaq istədiyini bildirib.
Saranın köhnə və atılmış evi alması və ekstrasensin istəyi ilə dayanmadan tikinti etməsi qisas almaq istəyən ruhları aldatmaq üçün tikilib.
Evdə olan tikin bir gün belə ara vermədən davam edir. Planlar isə sırf Sara Vinçester tərəfindən təqdim olunub.
38 il davam edən tikinti və ruhların qonaq olduğu ev artıq labirinti xatırladır. Belə ki, pilləkənlər boş tavana qalxır, pəncərələr isə döşəmədədir.
S.Vinçester həmin dövrlərdə evinə qonaq da dəvət etmir. Buna səbəb isə orada baş verən dəhşətli hadisələrə heç bir insanın dözə bilməməsi olub.
Sara Vinçester 1922-ci ilin sentyabrında 85 yaşında dünyasını dəyişir. Evindən isə dünyasını dəyişən həyat yoldaçının saçı tapılır. Bütün var-dövlət evin inşasına xərclənib.
Onun ölümündən sonar da evdə qəribə hadisələr baş verməkdə davam edir. Belə ki, əşyaların yeri dəyişir, işıqlar sönüb-yanır, qapılar öz-özünə açılıb-bağlanır. Deyilənlərə görə buna səbəb S.Vinçesterdən qisas ala bilməyən ruhlardır. Digər fərziyə isə paranormal hadisələrə səbəb elə Saranın özüdür. Belə ki, o, tikdiyi evdən çıxmağa yol tapmır.
Onu da qeyd edək ki, Vinçesterlərin evi ilkin mərhələdə 6 mərtəbədən ibarət olub. Lakin 1906-cı ildə baş verən zəlzələdən sonra binanın 3 mərtəbəsi çöküb.
Teymur Məmmədov
Video:Adil Ağayev