-
- 23-10-2022, 12:48
- 335
Özbəkistanda hərbi anbarda partlayış - 3000-dən çox bina zədələndi
Oktyabrın 22-də Sırdərya vilayətində Özbəkistan Müdafiə Nazirliyinin anbarında baş verən partlayış nəticəsində 3700-dən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib”, - məlumatda qeyd olunur.
Bildirilib ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yanğın tez bir zamanda söndürülüb, vəziyyət stabilləşdirilib.