Salyanda evdə PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
    • 25-04-2020, 11:17
    • 1 162

Salyanda evdə PARTLAYIŞ - XƏSARƏT ALAN VAR

Salyan rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları və içərisinə yığılan ev əşyaları 20 m² sahədə yanıb.

Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.