Bayrağımızın rəngləri əks olunmuş süpürgə satılan yer müəyyənləşdi - DİN

Bayrağımızın rəngləri əks olunmuş süpürgə satılan yer müəyyənləşdi - DİN Hadisə
İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvanı müəyyən olunub.

Bu barədə News24.az-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

İsmayıllı RPŞ-də araşdırmalar davam etdirilir.


***

12:01


Üzərində Azərbaycan Bayrağının rəngləri əks olunmuş süpürgə etirazlara səbəb olub.

News24.az "baku.ws"-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İstifadəçilərin sözlərinə görə, süpürgə İsmayıllı rayonunda mağazaların birindən alınıb. Onun rəngləri elə alan şəxsin özünü də heyrətə gətirib.