-
- 24-10-2022, 13:37
- 664
118 illik Bünyadlılar məscidi - FOTOLAR
Bünyadlılar məscidi Əmircan kəndində yerləşir.
News24.az xəbər verir ki, məscid 1904-cü ildə kənd sakini Əli Yusif Bünyad tərəfindən öz hesabına şəxsi həyətyanı sahəsində əhali üçün inşa edilib.
Məscidin iç sahəsi 10x12 metrdir. Səkkiz tağı və günbəzində üzərindədə 16 pəncərəsi var.
Məscidin memarı Mirzə Məlik Abbasqulu olub.
Bünyadlılar məscidi Sovet hakimiyyəti dövründə toxuculuq fabriki kimi istifadə edilib. 1994-cü ildən etibarən isə yenidən məscid kimi fəaliyyətə başlayıb.
Hovuzun yanındakı daş kitabədə belə yazılıb: "Hacı Tağının atası Ağa Yusif 1323-cü il (Hicri təqvimi ilə)".
Məscidin əsas qapısının üzərindəki daş kitabədə isə "İlk gündən təqva üzərində qurulmuş məscid (Tövbə surəsi, ayə 108) Ya Allah. 1322 hicri ilində Usta Mirzə Məlik Abbasquluzadə (tərəfindən) düzəldilib" sözləri qeyd edilib.
Məscid 2020-ci ildə qəsəbə sakinləri, məscid möminləri tərəfindən təmir olunub.
Təmir zamanı məscidin qiblə tərəfində bir qapı olduğu da aşkar edilib.
Fotolar: Teymur Məmmədov