-
- 24-10-2022, 15:44
- 266
Əliyev Gürcüstana səfər etməklə İran və Ermənistanı blokladı - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib. Prezidentin Gürcüstana səfəri hər nə qədər işgüzar xarakter daşısa da son hadisələr fonunda diqqət çəkir.
Məsələ ondadır ki, İran Zəngəzur dəhlizinin açılmaması istiqmətində əlindən gələni edir. İranın Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidi, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başlaması, təlimlər çərçivəsində Arazçayını keçməyi məşq etməsi, Qafanda konsulluğun binasını açmaq da bunu təsdiqləyir.
Son olaraq İranın Zəngəzur dəhlizinə alternativ olacaq “İran - Ermənistan – Hindistan” yolunun çəkilməsinə dair müzakirələrə strat verməsi Bakını konkret addımlar atmağa vadar etdi.
“Zəngəzur” dəhlizinə alternativ “Qafqaz” dəhlizi
Başqa cür “Qafqaz” dəhlizi də adlanan layihə ilə Tehran və İrəvan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir. Bu istiqamətdə isə Hindistan ilə artıq təmaslar qurulub.
Hindistanın prosesə cəlb edilməsinin məntiqi layihənin reallaşması istiqamətində lazımi investisiyanı qoymasıdır. Belə ki, Ermənistan ərazisinin relyef olaraq dağlıq olması və infrastrukturun lazımi səviyyədə olmaması layihənin reallaşması üçün ən azı 3 milyard avroluq vəsait tələb edir. Bu vəsaiti isə nə Tehran, nə də İrəvan qarşılamaq istəmir. Məhz buna görə layihə reallaşa bilmirdi.
Lakin Tehranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığının artması bu xərci ödəyəcək və regionda son zamanlar marağı artan Hindistan ilə təmasları qurmasına gətirib çıxardı. Hindistanın da öz növbəsində Qara dənizə çıxış əldə etmək kimi bir planı var.
Bakının əks-hücumu
Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması hazırda başlıca prioritetdir. Bundan başqa dəhlizin açılmasında böyük güclərin də maraqları var. Prezidentin Gürcüstana səfəri zamanı tərəflər arasında bu məsələnin müzakirə edilməsi mümkündür. Təsadüfi deyil ki, Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edərkən müzakirələrin hələ davam edəcəyini vurğuladı.
Ümumiyyətlə Bakı və Ankaranın razılığı olmasa İran - Ermənistan – Hindistan yolu reallaşa bilməz. Belə ki, bu yol vasitəsi ilə yekunda Gürcüstan vasitəsilə Qara dənizə çıxış əldə etmək hədəflənir. Prezident İlham Əliyev isə faktiki olaraq Gürcüstana səfər edərək İran və Ermənistanı blokladi.
Müəllif: Politoloq Turan Rzayev