-
- 18-10-2022, 16:14
- 442
İranın Azərbaycana bəslədiyi kinin altında nə yatır? – ŞƏRH
“İran uzun müddətdir ki, cəmiyyət daxilində siyasi islahatlar aparıb, sabitliyi və stabilliyi əldə etmək yerinə daim xarici düşmən axtarışında olub. Bu ölkənin ideoloji təbliğatı da sırf xarici düşmən obrazı yaratmaqdan ibarətdir. Aparılan yanlış siyasi kurs nəticəsində bu gün İranın regiondakı qonşuları ilə münasibətləri yaxşı deyil. Müttəfiqi olan ölkələrin sayı isə kifayət qədər aşağıdır”.
Bunu News24.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq vurğulayıb ki, İran Azərbaycanın səmimi dostluq münasibətlərini heç vaxt doğru-dürüst dəyərləndirə bilməyib: “Zəngəzur dəhlizi açılarsa, İran da buradan faydalar götürə biləcək. Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü 3+3 formatı əslində İran üçün də yeni imkanlar açır. Lakin İran bu imkanları dəyərləndirmək yerinə, artıq neçənci dəfədir ki, Azərbaycanla sərhəddə hansısa hərbi təlimlər keçirir. Bu təlimlər İranın özünü hörmətdən salır. İslam dəyərlərindən danışan, əhalisinin böyük əksəriyyəti müsəlman olan bir ölkənin Azərbaycana qarşı belə münasibəti əsla anlaşılan deyil. Azərbaycan cəmiyyətinin əksəriyyəti bu addımlara görə İrana antipatiya bəsləyir”.
“Təəssüflər olsun ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il müddətində İranın Ermənistana hansısa təzyiqini və ya reaksiyasını, yaxud bu tip təlimlər keçirməsinin şahidi olmadıq”, - deyən ekspert hesab edir ki, İran Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyə arasında quru əlaqənin yaranmasından ciddi şəkildə təşviş keçirir: “İran Türk dünyasının logistik birliyindən mənəvi qısqanclıq keçirir”.
“Əslində bir İslam ölkəsi olaraq bu məsələdən qürur duyub, dəstək vermək yerinə qıcıqlanması İranın İslam dəyərlərinə qarşı münasibətinin də hansı formada olduğunu ortaya qoyur. Eyni zamanda İran Cənubi Azərbaycanlılardan da kifayət qədər çəkinir. Bu gün İranın daxilindəki iğtişaş və xaos elementləri var. İran rejiminin uzun illər apardığı uğursuz siyasət nəticəsində ölkənin daxilindəki gərginlik pik həddə çatıb. İran bu gərginliyi aradan qaldırmaq yerinə bu tip işlərlə məşğul olur”, - deyə ekspert bildirib.
Politoloq hesab edir ki, Azərbaycan cəmiyyəti də İranda baş verənləri diqqətlə izləməlidir: “Fəal insanlarımız Cənubi Azərbaycanda İranın edəcəyi provokasiyalara beynəlxalq aləmdə etirazlar etməlidir”.