İranda daha bir qadın hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO
    • 25-10-2022, 11:20
    • 268

İranda daha bir qadın hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

Tehranda keçirilən etirazlar zamanı hökumət qüvvələrinin başına vurduqları dəyənək zərbələri nəticəsində komaya düşən və xəstəxananın reanimasiya bölməsinə yerləşdirilən Arnika Qaim Məqami adlı gənc qız oktyabrın 22-də həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadən məlumat yayıb.

Başından ağır zədələr alan yeniyetmə qız repressiv qüvvələr tərəfindən aparılıb və sonradan onun orduya məxsus xəsətəxanada reanimasiya şöbəsində huşsuz vəziyyətdə olduğu məlum olub.

Məsələnin ictimailəşməsindən sonra hökumət rəsmiləri gənc qızın yaşadığı binanın 4-cü mərtəbəsinin balkonundan yıxılaraq öldüyünü iddia ediblər.  

Xatırladaq ki, İranın məhkəmə hakimiyyəti və təhlükəsizlik orqanları son həftələrdə öldürülən onlarla insanın hündürlükdən yıxılma, zəhərlənmə və başqa bu kimi səbəblərdən öldükləri barədə cəfəng iddialar səsləndiriblər. /Bizim.Media/