İranda bahalığa qarşı etirazlar başlayıb: ölən və yaralananlar var
    • 19-05-2022, 13:39
    • 359

İranda bahalığa qarşı etirazlar başlayıb: ölən və yaralananlar var

İranın Çaharmahal və Bəxtiyari əyalətinin Farsan şəhər sakininin verdiyi məlumata görə, şəhərdə sərt təhlükəsizlik tədbirlərinin görülməsinə, təhlükəsizlik orqanlarının xalqa birbaşa atəş açmasına və internetin tamamilə kəsilməsinə baxmayaraq, burada bahalığa qarşı etirazlar hələ də davam edir.

News24.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bununla yanaşı, Xuzestan əyalətinin şəhərlərində də internet kəsilib. Həmçinin Məscid-Suleyman, İzə və Mahşəhr şəhərlərində də eyni vəziyyətin hökm sürdüyü bildirilir.

Hökumət qüvvələrinin ötən gecədən başlayan etiraz aksiyasının fəallarına qarşı odlu silahlardan birbaşa atəş açdığı, azı bir nəfərin öldürüldüyü, bir neçəsinin isə yaralandığı qeyd olunub.

Habelə media fəalları əyalətin Babaheydər şəhərində də mitinqlərin davam etdiyini, bir nəfərin güllələndiyini və cənazəsinin ailəsinə təhvil verilmədiyini yazıblar.